X
تبلیغات
رایتل

گونئی آذربایجان حئکایه ادبیاتی

حمید آرغیش - ین حئکایه و مقاله‌لری

Qarlı Ərk // Həmid Arğış - Köçürən: Susən Rəzi

Havanın qaraltısı çekilmekdeydi. Qarın iri deneleri ağ inciler tek oynaya- oynaya aşağı gelirdiler. Gahdan Azer ayının o dondarıcı ve yaxıcı sazağı esir, qarı her yana sepeleyirdi. Yél kuşuldayaraq qebristan kimi olan Tebrizin sakit küçelerinde cövlan édirdi. Şeherin xiyavanlarında tekce qara çekmeli, silahlı jandarmalar, bir de sümsük itler gezinirdiler.

Dayanıb susmaq bilmeyen yélin kuşultusundan “Salcan” gözlerini açdı. Otağın bir terefindeki çatlaq şüşeli lampanın ışığı etrafına süzürdü. Otağn dörd bucağı qaranlıq altında qalmış, orda olan év araclalrı aydınca görünmürdü. “Salcan” derinden tövşei.otağn soyuqluğundan ağzının tövşeyini görürdü. Büründüyü mitil yorğanı köksünden yana vérib yérinden bir az qalxdı. Éle o zaman qapı önünden bir az aralı “Ayla”nı engine söykenmiş halda gördü:

-Ayla?!

Sesinde şaşqınlıq ve qorxu izi duyulurdu.

Aylanın üzü, lampanın ışığında sarılıq tutmuş adamlar kimi gözükürdü. Ayla yay qaşlı, ince burunlil 9-10 yaşlı qız idi. İri ve qara gözleri otağın bir bucağına zillenerek donuq qalmışdı. Qara saçlarının hörülmüş ucları qıçlarıı üste açıq olan kitabın üstüne serilmişdi.

Aylanıın donuq dayanması ve gözlerinin bir yére tikili qalmasını gören Salcan, daha da qorxuya qaapanıb ucadan onu sesledi:

-Ayla!... qızım ne olub?

Ayla qırpınıb

-Ana sen de yatmamısan?!- dédi. Sesinde dincsizlik ve rahatszlıq duyulurdu.

-Huşlanmışdm...Qızım bu ağır veziyyetde  yatmaq olar?!

Néçe lehze otağın sessizliyi pozulmadı.

Birden Ayla ne ise düşünmüş ya da tapmışlar kimi ucadan dédi:

-Ana can! Fikr édirsen bu qarda- boranda atam hardadır?!

Salcan  néçe lehze fikre daldı. Sanki onun sorusuna diqqetli ve doğru cavab vérmek isteyirdi...

-Vallah ne bilim- dédi. Qorxma qızım, harda olsa yoldaşlarıyla birgedir...Allah özü yardımcıdır.

-Amma bu Téhrandan gelen jandarmalar...

Bunlar bir iş göre bilmezler...sen de az fikr éle.

Havann qaraltısı büsbütün çekilmekdeydi. Lampanın ışığı gét-géde azalırdı. Néçe lehze idi seherin ışığı taxta çerçiveli pencereden içeri süzürdü.

Ayla durdu ayağa. Kitabı duvardaki  taxçaya qoyanda, taxçadaki resim tablosu gözüne sataşdı. Settar xan tablodan onun gözlerine baxırdı.

-Günde ne qeder o naxışa baxırsan?!

Anasının sesi idi.

-Axı atamın tekce çekib bitirmiş tablosudur. “Qarlı Erk” tablosu da yarımçıq qalıb ki...

Sonra bir ah çekerek dédi:

-Ata gör bu jandarmalar gelenden ne güne düşdük!!

Salcan Aylanın fikrini başqa bir yöne çaşdırmaq üçün soruşdu:

-Üşümürsen ki?

Ayla soyuqdan ayaqlarının kéyimiş barmaqlarını terpetmeye gücenerek anasına teref döndü:

-Ana can yox!- Dédi. Bu gün eslen üşümürem... Qar yağandan hava bir az düşüb...

Sonra anasına yanaşıb onu qucaqlayaraq:

-Axı axşama küfte yémişem...- Déyib gülümsedi.

Anası qızı berk bağrına basdı.- Allah Gülsün xanımı belalardan qorusun. Jandarmalar évimizi talayandan sonra tekce o arvad dadımıza çatdı. Allah ölenlerine rehmet élesin.- Dédi Salcan.

Ayla anasının bağrındaken néçe an canı qızışdı. Sonra Salcan yanında yatmış olan kiçik oğlunu oyatmağa başladı.

-Settar...Dur...Ay bala Settar xanım, dur boyan qurban...

Oğlancığaz soyuqdan büzüşmüşdü. Başını yorğanın altından bir az dışarı çıxartdı. Amma yéne téz yorğanın altında gizlendi.

-Bu uşağa yazığım gelir...İndiden çetinliye düşüb...Allah baisinin évin dağıtsın!

Ayla pencereye teref gédib néçe lehze şüşeleri donmuş pencerenin önünde dayandı.

-Ana can! Gel... Gel Erk qalasına bax... Her yanını qar bürüyüb.

-Qızım qar eriyib gédendir,bizim bu qara günlerimiz kimi...Erkden vüqarı öyrenmeliyik...

Salcan oğlancığazı oyadalı néçe lehze olmuşdu. Kiçik uşağı bağrına basmış tüklerini oxşayırdı.

-Ana! Ana... Erkden bir neferi asıblar...-Ayla bağıraraq anasına seslendi.

-Dünen de Nergizin oğlunu güllelediler.-Dédi Salcan. Ve sonra derinden ah çekerek- yadıma sal atan gelende bu sehneni yarımçıq qalmış “Qarlı Erk” tablosuna artırmayı tapşırım.

-gel!...qızım gel otur bu uşağın yanında!... gédim Gülsünden bir az yağ alıb gellim. Kürsü alışsa év qızar. Size qelyanaltı da saxlamışam.

Ayla pencerenin önünden kenara çekildi. Anasına sarı dönerek:

-Neyimiz var ki?- déye sordu.

-Bu gün de küfte yiyeceyik...- Salcan gülümsedi.

-Ana yéne Gülsünden mi alacaqsan?-Teecüble soruşdu.

-Yox qızım!... onların da vez`leri çox yaxşı déyil...Axşamdan qalır.

-Yani? Yani sen axşa bir zad yémedin?!

-Qızım balalı qarqa bal yémez.

Derinden nefes aldı. Néçe lehze susqun dayandı.

-Atan gelende bir şaqqa et alıb küfte pişireceyem. Küçe ehllini de çağıracağam. Emilerini de kendden çağıracağam...onda tayı az görünen bir qonaqlıq düzenliyeceyem...o zaman doyunca yiyeceyem...

Salcan susdu. Aylanın qulaqlarında anasının sözleri bir pınarın coşması kimi xoşagélim idi.

Salcan otağın qapısına teref yürüdü. Ayla 3-4 yaşlarında olan uşağı qucağına aldı. Uşağın arıq bedeni titreyirdi. Aylar uşağı berk bağrına basaraq taqçaya teref döndü. Sonra elin uzaldıb taqçadan néçe deqiqe önce qoyduğu “Veten dili” kitabını götürdü.

***

Ayla kürsünün altına daha çekilerek

-Ana isti ne xoşdur- Dédi.

Salcan qapı kenarında olan qara gövdeli qablamanı götürüb kürsüye teref gelerek dédi:

-Bu da küftemiz...haa...bax hele...küfte donubdur...daşa dönüb.

Salcan qablamanı teze kürsünün üstüne qooymuşdu ki, qapı şiddetle açıldı. Birinin qapını beterden tepiklediyi belli idi. Uşaqların dodaqlarında gülüş donuq qaldı. Salcanın gözleri qırpışıb yumruqları düyünlendi. Qapı arasındaki gövdeli, qaln bığlı, énli kürekli ve tülkü baxışlı bir jandarma dayanmışdı. Onun dalında iki esker tüfeng elde emir beklemekde idiler.jandarmanın sağ eli böyründeki tapança üste idi. Néçe lehze otağın her yanına göz dolandırdı. Sonunda gözleri salcanın üstünde tikili qaldı.

-O kitabhaye dersini vérin.- déye bağırdı.sesinde Fars lehcesi varidi.

Ayla yanındakı kitabı kürsünün altına soxdu.

-Bura bir fedayinin “Lane”-si dir. Burada gerk kitab çox olsun.

Salcan bir addım öne qoyub jandarmanın üzüne bağırdı:

-Daha ne istirsiz?!! Évimizi taladız... kişimizi qaçaq saldız... Ne istirsiz?!!

Eskerlerin biri başçının qulağına nese pıçıldadı da, jandarma:

-müjde vér- dédi. Dünen mütecasir şoherini jandarmalar dağda herb halında vırıblar... Şahımız bu xeberlerden mesrur olur!...

Salcan yérinde dondu. Néçe lehze susqunluq heryanı bürüdü. Uşaqlar analarına sarı döndüler. Salcan néçe lehze kirimiş halda qaldı. Biran yaydan qurtulmuş ox kimi jandarmanın üzüne şığadı. Onun üzünü dırnaqlarıyla cızdı:

-yalandır...yalan...

Jandarma bir zerbe ile salcanı kürsünün kenarına tulladı. Salcan yérinden qalxıb eline geleni jandarma teref tullayırdı.

Bir quruşqa jandarmanın hundur başının kenarından kéçib, arxadakı eskerlerin birinin burnundan tutdu. Néçe an her zad kontroldan çıxdı. Qablamanın qapağı qapının çerçivesinden tutdu... Bir an jandarma özüne gelib elini bélindeki tapançaya teref apardı. Tapançanı çıxartdı... Uşaqlar kürsünün kenarında mısdılar...

Birden balaca top yékelikde şéy jandarmanın boğazına deydi. Bir boğuntu xırıltı sesi de qalxdı...Sanki biri, boğazının sümüyünü uddu...

Tapança barmaqları arasından aşağı düşdü. Ağır gövdesi tapançanın ardıca üzü üste otağın içine teref aşdı.eskerler iki addım géri çekilb silahların otağın içine tutdular.

Néçe qurşun Salcanın köksünden déydi. Kürsünün yanından durub anasına teref qaçmaq isteyen Aylanı qurşun yére tikdi. Aylanın al qanı kürsünün altında gizli olan “Veten dili” adlı kitabın üstüne axdı. Açılan bir qurşun da , bağrı çatlamış Settarın kiçik üreyinden deydi. Al qan otağn kilimsiz- xalçasız tekini boyadı...

Eskerler qorxa-qorxa içeri girdiler. Başçılarını qaldırmaq üçün ona teref eyildiler. Jandarm nefes çekmirdi. Başı normal olmayan bir biçimde bir yana dönmüşdü.

Jandarmanın boğazına deyen ve onun canını alan zad, havanın soyuqluğundan donmuş küfte idi...

SON

1376

گؤنده‌رمه تارریخی: شنبه 29 مهر‌ماه سال 1391 ساعات 03:29 ب.ظ یازار: حمید | چاپ مطلب
نظرات (0)
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
نام :
پست الکترونیک :
وب/وبلاگ :
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد