X
تبلیغات
رایتل

گونئی آذربایجان حئکایه ادبیاتی

حمید آرغیش - ین حئکایه و مقاله‌لری

Qavalçı // Həmid Arğış - Köçürən: Susən Rəzi

Xiyavanın başından kirli ve çirkli paltar géyinmiş bir arıq, qısa boylu, qartal burunlu kişi dar bir küçeye döndü. Boozarmış kotu, yamaqlı qara şalvarı onun yoxsul olduğunu aydın gösterirdi. Habéle, qırışmış üzü, yaşının elliden artıq olduğunu bellendirirdi. Başındakı çal papağının da, özüce eskiliyi varidi! Bir çiyninden çoxlu iple bağlanmış elek, o biri çiyninden ise, néçe qaval aslanmışdı. Qırışıq çatlı ellerinde kiçik, ancaq gözel elvan mıncıqlar ve ince helelerle bezenmiş bir qaval oynayırdı...

Küçeye girdikde qavalı dillendirdi. Onun barmaqlarının terpenmesile qaval terennüme gelir, helqelerle mıncıqların sesile ürek séven bir ses calanırdı küçeye. O, qavalı sesile yanaşı ucadan bağırırdı:
“Ay elek, göy elek”
Hele onun küçeye gelmesinden çox ötmeden, küçü camaatla doldu. Évden çıxan qavalçıya sarı gédirdi. Arvadlar, uşaqlar, évde qalıb işe géteyen kişiler...
Hamı onu tanırdı. O hemişe elek, şetre ve qaval satmağa şeherin küçelerinin bir çoxuna baş vurardı. Otuz il idi o bu yolları gelib gédirdi. Etraf kendlerde bile onu tanıyır, onu görende sévincle qarşılayır, her zaman da, delisov davranışına göre gülünce tutardılar...
Arvadların biri :”Héy, teyyre! Biraz uç...”- Ucadan dédi.
Esil adı “Qulam” olsa da bile, cemaat terefinden Teyyare seslenen elek-xelbir satan kişi:
-Ayaqlqrım ağrır, uçanmıram!...- Dédi.
Qulam uçmaq iüteyen zaman ellerini etrafa açıb süretle qaçaraq, sağ-sola eyilir, gahdan da göye sıçrayırdı.
Uşaqların birinin sesi qalxdı:
-Niye çalmırsan?! Çal!
Teyyare-nin yanında duran gövdeli kişi, bir qara pul qoydu onun ovucuna. Teyyare téz pulu atdı kotunun cibine. Sonra arıqlıqdan qırılan barmaqlarını ustalıqla qavalın gövdesine çaldı.
Qavalın könülleri oxşayan sesi küçeye yayıldı. Arvad-uşaqların bezisi durduqları yérde, beaileri de qaş-gözlerile oynayırdılar...
Qavalçı gétmek istediyinde kişilerin biri:
-Béş Tümen vérirem uçasa!-Dédi.- Bax! Burdan küçenin başınadek.
-Axı ayaqlarım ağrır...uça...
Qavalçı étiraza qalxsa da, kişi saymadan sözünü kesdi:
-Qırcanma daha!...Gel tut!-Déyib, pulu oonun ovucuna basdı.
Teyyare pulu cibine atdı. Bélini berkitdi. Eleklerle qavalları çiynine asdı. Ellein açdı.
-Qaç! –Déye bağırdı kişi.
Süretle qabağa qaçan, gahdan sağ-sola eyilen Teyyarenin ardıca cemaatın alqışlı sözleri duyulurdu:
-Héy Teyyare uç!...
-Daha qrtıq atlan...Hoooy be niye hayle...
-Yéyin qaç!...Sağol.
Teyyare cemaatın alqışlarını duyduqca daha yéyin qaçmağa can atırdı. Gahdan da göye atılırdı.
Ancaq küçenin başına çatıb döngeni dönerken dayandı... Nefesi kesilirdi. Néçe defe derinden tövşedi...
Biraz orda dayandıqdan sonra, yavaş-yavaş addımlayıb yola düşdü. Yolda elindeki qavalla özünü yélpikleyirdi. Iki küçeden kéçib, géniş bir küçeye girdi. Küçenin ortasında xéylek adam toplanmışdı. Onlar, çalıb oxumaq sesi gelen évin önünde dayanmışdılar.
Cemaatın arasından bir ses qalxdı:
-Héy ora baxın...Teyyare gelib!...
-Niye çalmırsan?!...Toydu- Dédi biri.
Onun ardıca başqa bir ses qalxdı:
-Téz ol!
Néçe nefer ona qara pul atdılar.
-Şad hava çal!... Oyun havası... Azerbaycan havası!
Qurdyémiş dişleri dışarı çıxdı. Yéyin yéyin pulları yığdı.qavalı ellerinde oynatdı. Bir kere de, Qulam ya cemaatın sözüce Teyyare-nin senetkar elleri qımıldanıb, qavalın könül oxşayan sesi küçeye yayıldı. Teyyare çala-çala addımlayıb yola düşdü.
Néçe saniye kéçmeden küçeden dışarı çıxdı. Ancaq hele de qavalı çalırdı...Herden ise sévincinden başını bulayırdı.
Başqa bir dar küçeye girdi. Küçenin oobiri başında xéylek adam toplanmışdı.
“Yéne élebil pul-mul qismet olacaq...Bazar xoşdur.”
Qulam bu fikirle cemaata yanaşdıqca, barmaqlarını daha da güçluce qavalın gövdesine çalırdı.
Qavalın şad ve oynaq havası bir küçe oyanacan gédirdi. Teyyare onlara çatdıqda, hamının sakit ve qanlı gözlerle hürüt-hürüt baxdığını gördü...onun dövresini hirsli ve sinirlenmiş qiyafeler almışdı. Birden cemaatın arasından cingiltili bir ses qalxdı:
-Boğun o qudurğan haramzadanın sesini!
O sesin ardıca néçe nefer cemaatdan ayrılıb ona sarı yumuldular. Hele Qulam dayanıb ya qaçmaq qerarına varmadan qavalın yırtılma sesi onu özüne getirdi...
Teyyare-nin sinesine bir yumruq deydi. Onun dalıca qarnından tutan tepik onu dalı aşırdı. Néçe tepik-yumruq başından ve bedeninden tutdu... ağrıdan torpağın içinde éşinirdi...
Daldan bir ses qalxdı:
-Yéter! Edeb oldu daha. Artıq yadında qalar ölü meclisinde qaval çalıb oynaqlamazlar!...
Üzerine yumulanlar géri çekildiler. Teyyare çox çetinlikle özünü yerden qovzayıb, ayağa durdu... Dünya başına fırlanırdı. Yalnız bir addım ata bildi. Ayağı qavalların ipine ilişib başı üste yére gétdi. Cibine tökdüyü pullar üstünü düşdü.
O, terpenmeyirdi. Nefes de almırdı... Qulam, ya da qanadları sınmış Teyyare oonların tepik-yumruqları altında ölmüşdü.

گؤنده‌رمه تارریخی: پنج‌شنبه 30 شهریور‌ماه سال 1391 ساعات 09:54 ق.ظ یازار: حمید | چاپ مطلب
نظرات (0)
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
نام :
پست الکترونیک :
وب/وبلاگ :
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد