X
تبلیغات
رایتل

گونئی آذربایجان حئکایه ادبیاتی

حمید آرغیش - ین حئکایه و مقاله‌لری

Dəli Məmməd// Həmid Arğış - Köçürən: Susən Rəzi

Her gün seher gün doğmadan çörek almaq üçün évden dışarı çıxardım.

O, altmış- yétmiş yaşlarında, béli bükülmüş, başının bütün tükleri ağarmış bir kişiydi. Bir esaya söykenmişken, her gün menim gelmeyimi gözlerdi. O déyirdi:” indi géceleri yata bilmirem...Aman bu qocalıqdan!... Éle ona göre çörek almaq bahanasıyla évden éşiye çıxıram... Ölümü gözlemekden de daha cana doymuşam...”


Men onunla çörekxanada tanış olmuşdum. Növbetimz çatanacan her bacadan danışardıq... Tecrübeli olduğu üçün söz-söhbetin çoxunu o éderdi.
O gün meni görüben:” Axşam düşünürdüm bu gün sene ne terifleyem!”- Dedi –“ İndi, sene neden söz açacağımı tapmışam...düzdür biraz inanılmazdır, amma sen inan, hamısı doğrudur... Sen de öyle olmağa çalış!”
Sığar éşmek üçün çörekxana önündeki ağaca dayandı. Men de yanında durub onun işine göz tikdim. Alışmışdı. Söhbete başlamadan bir sığar éşerdi.
-Yirmi-yirmibir yaşım varidi sanıram. Azerbaycan démokrat firqesi teze işden salınmışdı. Genc Şah-ın qudurğan çağlarıydı. Tuthatut idi. Meni de bir bahana üzre tutdular. Meni bir şeir meclisinde, şeir oxuyurken qamarladılar. Dörd il hepise mehkum oldum. Dédiler:” Günahın budur ki, pul alıbsan Monqol, Tatar dilinde şeir yazasan. Siz başqalarını müsteqil hökümet qurmağa tehrik édirsiz!...” Ancaq men ne qeder de “ men ana dilimde yazmışam” désm de, kimsenin qulağına girmedi.
Sığarın kağazın diliyle yaşladı... Men onun şair olduğunu indiyecen bilmemişdim...Sığarını çubuğa taxıb yaxdı. Möhkem somurandan sonra sözüne béle davam étdi:
-Menim dostaq olduğum yérde iki nefer de varidi. Daha doğrusu bir nefer de varidi, ancaq oranın ağır qoşullarınadayana bilmemiş, damarını vurub intihar étmişdi. Onların biri, 20-25 yaşında arıq, rengi solmuş, éybecer ve sefeh bir oğlan idi. Orda herkes onu “Deli Memmed” déye seslirdi. O, gahdan héçbir sebebi olmadan çığır-bağır salır zindanı başına alırdı. Bezileri onu hankısa bir mehellenin baş Fedayisi bilirdiler...O zaman,Fedayileri tutsaydılar mehkemesiz edam hökmü vérib dara çekerdiler... Bezileri déyirdiler qız üste bir jandarmanı öldürüb... Bezileri ise, déyirdiler bir xanı öldürenden sonra qaçanda jandarmalarla uğraşıb, Jandarmalar tüfengin qundağıyla onun başından vurublar seféhleyib...Men özüm néçe defe onunla danışmaq istedim ama her defesinde çiğir-bağirdan suvay başqa bir cavab ala bilmedim. Bunu da déyim ki, dostaqda kimseye güvenmek olmazdı. Hamı zindan reisinin csuslarından qorxurdular. Heyetde de arxamca éşidirdim ki, “Bu da casusdur!” déyirdiler.
Deli Memmed çığır- bağır salan delilerden olsaydı da, tehlükesizidi. Kimseye ilişmezdi. Gahdan éle sakit oturub bir nöqteye zillenirdi ki, ona deli démek olmazdı... Bir nefer de varidi, 55-60 yaşlarında olardı. O, adlım aşıq, “Aşıq Veli”- ydi. Yaşına baxmayaraq diribaş vebedeni doluydu. Ona démişdiler :” Şaha medh yazıb oxusan, seni buraxacayıq”. Onu da enim kimi suçüstü tutmuşdular. Axı xüsusi bir meclisde Cenubu Azerbaycanın milli surudunu oxuyurmuş...Ona bir gün dédim:” Aşıq Veli, qebul édeceksenmi?” Önce gülümsedi tekce. Ama birden volkan kimi partladı:” déyirler şeirlerinde Azerbaycanı öymekden başqa, Şah-i-merdan –dan oxumusan...Biz bi “merdani” arşivlerimizde tapanmadıq... Eger Şah Ariyaméhr-den oxusan, héç bir söz sormadan seni buraxacayıq.”
Sonra fikre daldı... Deli Memmed de bir terfde barmaqlariyle oynayırdı.
Men:” Onlara axırı ne cevab véreceksen?” déye soruşanda, iti baxışlarını üzüme tikdi. Şübhesiz meni casus bilirdi. Gülümsedi. Sonra yalnız:” Azadlıq böyük németdir! Bir quş da azad olmağı séver...Ha qala insanoğlu insana!” dédi.
Men hele onun sözünü qavraya bilmemişdim ki, Deli Memmed yéne hayküy salmağa başladı.
Günortaya az qalırdı. Gün doğmadan hamını dootağın heyetine toplamışdılar. Orada hercür adam tapılardı...Oğru, qatil, pıçaq çıkın, lat, siyasi şexsler...
O qalabalıqda Deli Memmed menden néçe nefer o yanda durmuşdu. O, sendel üste çıxmış “Aşıq Veli”-ye zol-zol baxırdı. Bir an olsa da, gözlerin ondan çekmirdi. Heyetin bir terefinde zindan başçıları, habbéle şah terfinden gelen Özel memurlar temiz sendeller üste oturmuşdular. Duvarlar başında da néçe silahlı esker oyan-buyana gédirdiler...
Zindan reisi xéylek şaha medh édenden sonra dédi:” burda olan “Aşıq Veli” şaha bir terif qooşub ki, indi oxur...Sizi de buraya tooplamışıq bilesiz ki, şahı aşıqlar da öyür, ona terifnameler yazırlar”
Sonra üzünü Aşıq Veli-ye sarı tutub:”Ucadan oxu!”-Dédi.
Aşıq Veli néçe saniye dostaqlara baxdı. Néçe nefer yérlerinde qımıldaşırdılar. Bir iki nefer de “Utan! Düş aşağı!” ,” Aşıqların abırın aparma!”- dédiler. Axırda Aşıq Veli derinden bir nefes çekdi:
“ Biz dünyanın qorxu bilmez bir qehreman éliyik
Alovlardan yaranılmış Azerbaycan éliyik...”

Sesi gür ve üreye yatanidi. Kimseden ses çıxmırdı. Hamı Aşıq Veli-nin ağzına baxırdı...
“Yurdumuzu yaşadacaq adımızla sanımız
Tarixlerin zinetidir şöhretimiz, şanımız

Hindustanın dağlarından möhkemdir imanımız...”

Onun séhirli sesi néçe saniye hamını büyüledi...Ancaq hamıdan önce zindan reisi yérinden sıçradı...üz-gözü pozulmuşdu. Mırtıldanaraq sağ eli tapançasına sarı gétdi...
Néçe saniyelik Aşıq Veli-nin sesi, oona sarı açılan qurşun sesinde mehv oldu. Sinesinden şoruldayan qan, paltarlarını boyadı. Aşıq Veli-ni sesi kesilirdi....
“Biz dünyanın qorxu bilmez bir qehreman éliyik
Alovlardan yaranılmış Azer...bay...ca...n...éli...yik...”

Hele tamamiyle kesilmemişdi onun sesi, hele sendelin üzerinden de aşağı aşmamışdı....ki, birden bir cıngiltili ses şeiri qalan yérden oxudu:
“Biz bir élik qoy bilinsin andımızdır sözümüz
Xayinlere merhemetle baxa bilmea gözümüz...”

Dostaqların da sei ucalırdı, hamı o şeiri oxurdu...O cingiltili ses, Deli Memmed-in sesiydi...

گؤنده‌رمه تارریخی: یکشنبه 26 شهریور‌ماه سال 1391 ساعات 09:45 ق.ظ یازار: حمید | چاپ مطلب
نظرات (0)
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
نام :
پست الکترونیک :
وب/وبلاگ :
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد